[Skip to Content]

Yeniliklərə abunə olmaq

აქციის მონაწილეების საყურადღებოდ! საერთო ცხელი ხაზი +995 577 07 05 63

 

 საერთო ცხელი ხაზი +995 577 07 05 63

Kitabxana / Araşdırma

Etnik azlıqların sosial ekskluziyası (təcrid olunması) barəsində araşdırma

Giriş

Mövcud araşdırmalara əsasən, Gürcüstanda etnik azlıqların sosial və iqtisadi vəziyyətləri ağırdır, çünki onların həm dövlət həm də özəl sektorda işlə təmin olunmaları istiqamətində maneəçilik törədən baryerlər mövcuddur. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin dəstəyi ilə 2014-cü ildə həyata keçirilmiş araşdırmaya əsasən, dil baryeri və biznes sahəsi ilə əlaqəli olan yeni məlumatların əlçatanlığının məhdud olması, etnik azlıqların yaşadıqları bölgələrdə olan yerli sahibkarları əlverişsiz vəziyyətə salır. Mövcud vəziyyəti 2017-ci ildə nəşr edilmiş oçerklər toplusu da sübut edir, burada etnik azlıq nümayəndələrinin özlərinin baxışları müzakirə olunub. Təsdiq olunur ki, onların sosial-iqtisadi vəziyyəti çətindir, buna görə də tez-tez ölkəni tərk etməli olurlar. Mövcud reallıq isə onların sosial olaraq təcrid olunduqlarını bir daha göstərir. Sosial Araşdırma və Analiz İnstitutu tərəfindən 2019-cu ildə aparılmış araşdırma (Etnik Azlıq Nümayəndələrinin Siyasətdə İştirakı Analizi), etnik azlıq nümayəndələrinin siyasi fəallığının nə dərəcədə aşağı olmasını göstərir. Respondentlərin əksər çoxluğu son iki il ərzində siyasi iştirakçılığın heç bir sonrakı metodundan yararlanmayıb: yerli hakimiyyətə müraciyyət, media vasitələrindən istifadə edərək problemlər barəsində ictimai söhbət, kollektiv imza toplama, etiraz aksiyalarında iştirak və s. Qeyd edilməsi lazımdır ki, etnik azlıq nümayəndələrinin hər üç nəfərindən biri hesab edir ki, siyəsətdə iştirak etmək elit təbəqənin (“adi şəxslərin” deyil) işidir. Eyni zamanda iştirakçıların sadəcə dörtdə biri özünü siyasi olaraq fəal şəxs hesab edir. Faəllığın aşağı olmasının səbəbləri olaraq göstərilir: siyasətə maraqın olmaması, ailə yükü və gürcü dilini tam bilməmək. Layihənin yeniliyi, ekskluziyanın sosial və iqtisadi nəticələrini azaltmaqdan başqa, layihə təcrid olunmanın siyasi və sosial səbəblərini göstərmək və onları dəyişmək məqsədini daşıyır.

Təlimat

  • Saytda irəliyə hərəkət etmək üçün bu düymədən istifadə edin „tab“
  • Geriyə qayıtmaq üçün bu düymələrdən istifadə olunur „shift+tab“