Salome Sosial Ədalət Mərkəzində 2020-2021-ci illərdə işləyirdi, 2023-cü ildə isə təşkilata Direktorlar Şurasının üzvü kimi qoşuldu.
Salomenin rəhbərlik etdiyi sosial siyasət proqramı, ölkədə iqtisadi bərabərsizlik və sosial hüquqlar məsələsi üzərində işləyir. Bu istiqamətdə təşkilatın fəaliyyəti sosial cəhətdən qısnanmış qrupların, o cümlədən, zəhmətkeşlərin, evsizlərin və sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqi vəziyyəti və onların sosial və iqtisadi ekskluziyasının təsvirinə, ehtiyaclarını üzərə çıxarmağa və siyasi gündəliyə daxil etməyə, konkret hüquqların advokatlaşdırılmasına və strateji məhkəmə prosesinə yönəlmişdir. Sosial siyasət proqramı, həmçinin, ətraf mühitin mühafizəsi siyasəti və praktikası, insan hüquqlarının müdafiəsi məsələlərin monitorinqi üzərində işləyir.
Proqram direktoru kimi Salome Proqramın siyasətinin, strategiyasının planlaşdırılması və proqram komandası ilə birlikdə onu həyata keçirmək üzrə məsuldur. Onun funksiyasına, həmçinin, proqramın fəaliyyəti üçün lazım olan maliyyə resurslarının səfərbərliyi, proqram komandasının fəaliyyətinin koordinasiyası, komandanın idarəsi və onun üzvlərinin dəstəyi də daxildir.
İş təcrübəsi
2022: Qırmızı xaçın Beynəlxalq komitəsi, tədris praktikası;
2020-2021: Layihələr koordinatoru/hüquqşünası – Sosial siyasət proqramı, Sosial Ədalət Mərkəzi;
2019-2020: Hüquqşünas/baş mütəxəssis- Energetika siyasəti və investisiya layihələr departamenti, Gürcüstan iqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi;
2018-2019: Hüquqşünas/mütəxəssis - Müqavilələr ekspertizası və məhkəmə təmsilçiliyi departamenti, Gürcüstan Ədliyyə Nazirliyi;
2016-2017: Stajor, Beynəlxalq İctimai Hüquq Departamenti, Gürcüstan Ədliyyə Nazirliyi.
Təhsil
2021-2022: Beynəlxalq Humanitar Hüquq və İnsan hüquqları maqistri, Cenevrə akademiyası (İsveçrə);
2017-2019: Beynəlxalq hüquq maqistri, hüquq fakultəsinin beynəlxalq hüquq proqramı, İvane Cavaxişvili adına Dövlət Universiteti;
2013-2017: Beynəlxalq hüquq bakalvrı, Hüquq fakultəsinin beynəlxalq hüquq proqramı, İvane Cavaxişvili adına Dövlət Universiteti;
2016: Tələbə mübadilə proqramı - Hüquq fakultəsi, Viadrina Avropa Universiteti (Almaniya).