საერთო ცხელი ხაზი +995 577 07 05 63
Nino Sosial Ədalət Mərkəzinin Sosial Siyasət Proqramı komandasına 2023-cü ilin martından etibarən qoşuldu. Onun əsas fəaliyyəti sosial hüquqların, o cümlədən, əmək hüquqları istiqamətində Gürcüstanda mövcud olan vəziyyətin, problemlərin və çağırışların araşdırmaqdır. Qeyd olunan fəaliyyət analitik sənədlərin və hüquqi nəticələrin hazırlanmasını, insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq mexanizmlər çərçivəsində inkişaf edən standartların araşdırılmasını və təhlilini, milli və xarici ölkələrin qanunvericilik və ən əla praktikanın öyrənməsini və təhlilini nəzərdə tutur.
İş təcrübəsi
2023- indiyədək: Dəvətli lektor. Beynəlxalq hüquq istiqaməti – Gürcüstan universiteti.
2012-2022: Şərikli direktor və insan hüquqları üzrə hüquqşünas - QHT ,,İnsan hüququ mərkəzi’’.
Nino 15-dək hesabatın müəllifi/şərikli müəllifidir. Hesabatlar insan hüquqlarının müxtəlif məsələlərinə aiddir. O cümlədən, 2008-ci il Rusiya-Gürcüstan avqust müharibəsi nəticəsində zərər çəkən şəxslər, qaçqınlar, məhbuslar və qadın hüquqları, azad və ədalətli seçkilər hüququ, toplanma və manifestasiya azadlığı haqqındakı hesabatların müəllifidir.
Təhsil
2015-2016: İnterdisiplinar proqramda maqistr keyfiyyəti - ,,Cənub-şərqi avropada insan hüquqları və demokratiya“ – Boloniya və Sarayevo Universitetlərinin birgə maqistr proqramı.
2006-2010: Hüquqşünaslıqda bakalavr dərəcəsi – İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti.
Təlimat