Quram Sosial Ədalət Mərkəzinin (keçmiş EMC) komandasına 2013-cü ildən qoşulmuşdur, 2019-cu ildən isə Direktorlar Şurasının üzvüdür və başqa proqramların direktorları ilə birlikdə təşkilata rəhbərlik edir. O, bilavasitə Ədalət məhkəməsi və Demokratiya Proqramının idarəsi və koordinasiyası üzrə məsuldur. Proqramın məqsədi ölkədə demokratik idarəçiliyi və koordinasiyanı dəstəkləmək, insan hüquqlarına əsaslanmış, ədalətli və yüksək sosial duyarlı ədalət məhkəməsi sisteminə dəstək vermək və yüksək hesabdarlıq öhdəliyi olan, fərdin ehtiyaclarına səmtləşmiş hüquqmühafizə sisteminin yaradılmasıdır. Bu məqsədlə, Proqram məhkəmədə, hüquqmühafizə orqanlarında və təhlükəsizlik sektorundakı sistemli islahatları dəstəkləmək üzrə və qeyd olunan təsisatların mahiyyət etibarı ilə transformasiyası üzrə işləyir. Bütün bunlar daha ədalətli, həmrəy və rifaha səmtləşmiş idarəçiliyi təmin etmək üçündür. Bir proqram müdiri kimi Quram proqramın siyasasəti, strategiyanı planlaşdırmaq və proqram komandası ilə birlikdə onu həyata keçirmək üzrə məsuldur. Onun funksiyalarına həmçinin Proqramın fəaliyyəti üçün lazımlı maliyyə resurslarını səfərbərlik etmək, Proqram komandasının fəaliyyətinin koordinasiyası, komandanı idarə etmək və onun üzvlərini dəstəkləmək daxildir.
İş təcrübəsi
2019 – indiyə qədər: Dəvət edilmiş pedaqoq – İlia Çavçavadze adına Dövlət Universiteti;
2013-2018: Ədalət məhkəməsi və Demokratiya Proqramı Layihələri Koordinatoru – Sosial Ədalət Mərkəzi (keçmiş EMC);
2016-2018: Distantiv tədqiqatçı/Təhlilçi - Human Rights Watch;
2013-2015: Ədalət məhkəməsi və Demokratiya Proqramının hüquqşünası/tədqiqatçısı - Sosial Ədalət Mərkəzi (keçmiş EMC);
Quram hüquqmühafizə sisteminin institusional islahatları, polisin siyasi neytrallığı, müstəqil və şəffaf ədalət məhkəməsinin inkişafına, narkosiyasətə və təhlükəsizlik sisteminə aid 10-dək tədqiqat/hesabat müəllifi/şərikli müəllifidir.
Təhsil
2018-2019: Cinayət hüququ və Kriminologiya (Maqistr dərəcəsi) – Saseks Universiteti (İngiltərə, Böyük Britaniya;
2013-2015: Cinayət hüququ (Maqistr dərəcəsi) - İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti;
2009-2013: Hüquq (Bakalavrlıq dərəcəsi) - İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti.