საერთო ცხელი ხაზი +995 577 07 05 63
Mariam Sosial Ədalət Mərkəzi komandasına 2021-ci ilin martından qoşulmuşdur. O, əsasən hüquqmühafizə orqanı nümayəndələri tərəfindən insan hüquqlarına müdaxilə etməklə bağlı qanun pozuntuları üzərində işləyir. Bu məqsədlə istintaq və məhkəmə orqanları qarşısında strateji işlərin icraatını təmin edir. Onun fəaliyyəti həmçinin insan hüquqlarının pozulması faktlarının sənədləşdirilməsi və fəaliyyət sahəsi ilə bağlı məsələlər barədə analitik hüquqi sənədlərin hazırlanmasını nəzərdə tutur.
İş təcrübəsi
2016-2021: Hüquqşünas, araşdırmaçı – Media İnkişaf Fondu;
2020-2021: Legal Consulting and Services (LCS). Cinayət Hüququ təcrübəçisi, vəkil;
Həmçinin universitet iş təcrübəsi çərçivəsində Gürcüstan Baş Prokurorluğu və Vake-Saburtalo rayon prokurorluğunda təcrübə keçmişdir. Bundan əlavə, Mariam bir neçə araşdırmanın, o cümlədən, “Cinayət Hüququ prosesində dəlillər” şərikli müəllifidir. Həmin araşdırma “Açıq cəmiyyət-Gürcüstanın” maliyyə dəstəyi ilə hazırlanmışdır.
Təhsil
2009-2013: Hüquqşünaslıq (bakalavr) – Tbilisi Azad Universiteti.
Təlimat