Tamta Sosial Ədalət Mərkəzinin (keçmiş EMC) təsisçilərindən biridir. Təşkilatın yarandığı ilk gündən Direktorlar Şurasının üzvüdür və başqa proqramların direktorları ilə birgə təşkilata rəhbərlik edir.O, bilavasitə Bərabərlik Siyasəti Proqramının idarəsi və koordinasiyası üzrə məsuldur. Proqram ayrı-seçkliyə qarşı siyasət və qeyri-dominant qrupların (dini və etnik azlıqların, habelə LGBT insanların) qısnanması və siyasi, sosial və diskurssiv səviyyələrdə onların kənarlaşdırılması məsələləri üzərində işləyir və fəaliyyətində tədqiqat, advokatlaşdırma, strateji məhkəmə prosesi və bilik ötürmə alətlərindən istifadə edir. Bir proqram müdiri kimi, Proqramın strateji cəhətdən inkişafı, baxışı və gündəliyi, maliyyə resurslarının səfərbərliyi üzərində işləmək, habelə proqram əməkdaşlarının fəaliyyətinin koordinasiyası və dəstəklənməsi onun öhdəliyindədir.
İş təcrübəsi
2015-ci ildən indiyə kimi: Assosiativ professor – İlia Çavçavadze adına Dövlət Universiteti;
2009-2013: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Strateji Məhkəmə Prosesi üzrə hüquqşünası və Gənc Hüquqşünaslar Assosiasiyasında İnsan hüquqları tədqiqatçısı;
2009: Milli Təhlükəsizlik Şurasının Müşaviri;
2005-2009: Gürcüstan Ədliyyə Nazirliyinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Dövlət Nümayəndələri Departamentinin Müşaviri;
Tamta 10- a qədər tədqiqat/hesabat müəllifi/rəhbəridir. Tədqiqatlar toplanma və din azadlığı, sekulyarlıq, LGBTİ şəxslərin hüquqi vəziyyəti, ayrı-seçkilik əleyhinə yönəlmiş siyasət məsələlərinə aiddir.
Təhsil
2006-2008: Hüquq fakultəsi, Publik hüququn maqistri – İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti;
2002-2006: Hüquq fakultəsi, bakalavr - İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti.